Kanadada "Qızıl Qübbə" müdafiə sisteminə qoşulmaq üçün ABŞ ilə danışıqlar apardıqlarını bildirirlər
Kanadanın Baş naziri Mark Karninin ofisində bildiriblər ki, Kanada və ABŞ arasında təhlükəsizlik məsələləri ilə bağlı “aktiv müzakirələr” aparılır, o cümlədən mövcud və “Qızıl Qübbə” kimi yeni proqramlar barədə.
Mark Karninin mətbuat katibi bildirib ki, Kanadanın bu proqramda nə qədər pul ödəyəcəyini və ya ölkə üçün necə işləyəcəyini demək üçün hələ çox tezdir.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp 175 milyard dollar dəyərində “Qızıl Qübbə” adlı layihəni təsdiqlədiyini bildirib.