Kanadada baş verən genişmiqyaslı meşə yanğını səbəbindən on minə yaxın insanın təxliyəsi həyata keçirildi
Kanadada, Alberta vilayətində irimiqyaslı meşə yanğını baş verib. Alovun söndürülməsi prosesinə təsminən 2 700 yanğınsöndürən, o cümlədən Amerika və Kanadalı xilasedicilər və Kanada hərbi personal cəlb olunub.
Kanada fövqəladə hallar xidmətinin məlumatına görə, 94 aktiv yanğın ocağı qeydə alınıb. Alberta vilayətinin on minə yaxın sakini yanğınsöndürmə əməliyyatları ilə əlaqədar evlərindən təxliyə edilib.
Kanada hakimiyyəti yaxın günlərdə gözlənilən isti və quraq hava şəraiti ilə əlaqədar əhaliyə yeni yanğınların baş verməsi təhlükəsi barədə xəbərdarlıq verdi.