Kanada Rusiyanın neft, təbii qaz və sənaye sektorlarına qarşı əlavə sanksiyalar tətbiq etdi
Kanada Rusiyanın neft, təbii qaz və sənaye sektorlarına qarşı əlavə sanksiyalar tətbiq etdi

Kanada hökuməti daha əvvəl tətbiq etdiyi məhdudlaşdırıcı tədbirləri genişləndirdi və Rusiyanın neft, təbii qaz və sənaye sektorlarına qarşı əlavə sanksiyalar tətbiq etdi. Bu barədə məlumatı Ukrayna mediası yayır.

“İyulun 15-də Rusiyanın neft, qaz, kimya və emal sənayesində iki biznes xidmətinin göstərilməsi qadağan edildi”, – Kanada Xarici İşlər Nazirliyində bəyan etdilər.

Buna görə də, Kanada vətəndaşlarına və şirkətlərinə qara metallurgiya, hazır metal məmulatları, kompüterlər, elektronika, optika, elektrik avadanlıqları və nəqliyyat ilə bağlı istehsal xidmətləri, eləcə də Rusiya Federasiyasına və ya oradakı hər hansı bir şəxsə quru nəqliyyatı və boru kəməri daşımaları sahəsində sənaye xidmətləri göstərməsi qadağandır.