Kanada Qəzza sektoruna 10 tondan artıq humanitar yardım hava yolu ilə göndərdi
10:07, 05.08.2025
Kanada Qəzza sektoruna 10 tondan artıq humanitar yardım hava yolu ilə çatdırdı. Bu barədə məlumatı media Kanada hökumətinə istinadən yayıb.
Eyni zamanda, İsrail Müdafiə Qüvvələri bildirir ki, gün ərzində azı səkkiz ölkə Qəzza sektoruna humanitar yardımın çatdırılmasında iştirak edib. Onların məlumatına görə, bu gün hava yolu ilə Qəzzaya ümumilikdə 120 ton ərzaq göndərilib.
Qeyd edək ki, Kanada ilk dəfə bu cür əməliyyatda iştirak edir. Əməliyyatın məqsədi fələstinli əhaliyə həyati vacib yardımın çatdırılmasıdır.