Kanada ilə ABŞ arasında ticarət danışıqları nəticəsiz başa çatıb, ABŞ-ın Kanada mallarının geniş çeşidinə tətbiq etdiyi tariflər qüvvəyə minib
Kanada ilə ABŞ arasında ticarət danışıqları uğursuzluqla nəticələnib və bunun ardınca ABŞ-ın Kanada mallarının geniş çeşidinə tətbiq etdiyi tariflər qüvvəyə minib.
Kanadanın Baş naziri Mark Karni bildirib ki, ABŞ Kanada mallarına hansı həcmdə tarif tətbiq edəcəksə, Kanada da ABŞ məhsullarına eyni həcmdə cavab tarifləri tətbiq edəcək.
Onun sözlərinə görə, ABŞ tərəfindən son anda təklif olunan şərtlərdəki dəyişikliklər “ədalətsiz və iqtisadi baxımdan səmərəsiz idi və istənilən razılaşmanın etibarlılığını şübhə altına alırdı”.
Karni qeyd edib ki, “əhəmiyyətli irəliləyişə” baxmayaraq, bu, kanadalıların maraqlarını qorumaq üçün kifayət etməyib.
ABŞ-ın ticarət nümayəndəsi Ceymison Qrier isə öz növbəsində bildirib ki, Kanada daha əvvəl razılaşdırılmış şərtlər əsasında razılaşmanı yekunlaşdırmaqdan imtina edib və yeni tələblərlə əvvəlki razılaşmaları pozub.
Danışıqların uğursuzluğa düçar olması nəticəsində Kanadadan idxal olunan bir sıra məhsullara, o cümlədən şərab, süd məhsulları, sement, geyim və xokkey avadanlıqlarına 50 faizlik tariflər tətbiq olunacaq.