Kanada artıq Ukraynaya ilk “Leopard 2” tankını göndərdi
Kanada artıq Ukraynaya ilk “Leopard 2” tankını göndərdi. Bu barədə Kanadanın Müdafiə naziri Anita Anand “tvitter” sosial şəbəkəsində yazır.
Onun məlumatına görə, Kanada hökumətinin Ukraynaya vəd etdiyi dörd tankdan birincisi artıq “Qalifaks”aeroportundan artıq göndərildi.
“Kanada Ukrayna xalqının yanındadır və biz Ukrayna Silahlı Qüvvələrini qələbə üçün lazım olan texnika ilə təmin etməyə davam edəcəyik”, – Kanadanın Müdafiə naziri yazır.
Kanada Almaniya istehsalı olan “Leopard 2” tankını Ukraynaya Almaniya hökuməti yanvarın sonunda tankları Ukraynaya göndərməyə razılaşdıqdan və üçüncü ölkələrin onları Kiyevə tədarük etməsinə icazə verdikdən sonra göndərdi.