Kanada 20 milyard dəyərində Amerika mallarına 15%-dən 50%-ə qədər tariflər tətbiq edib
Kanada 20 milyard dəyərində Amerika mallarına 15%-dən 50%-ə qədər tariflər tətbiq edib. Yeni tədbirlər sentyabrın 8-dən qüvvəyə minəcək.
Xüsusilə, əvvəllər 25%-lik rüsum tətbiq edilən polad üçün 50%-lik tarif müəyyən olunub. 50%-lik tarif bal, mebel və geyim məhsullarına da şamil ediləcək. Məişət texnikası, süd məhsulları, balıq və dəniz məhsullarına 25%-lik tarif tətbiq olunacaq, müəyyən alət və avadanlıqlar, o cümlədən kranlar və kondisionerlər üçün isə 15%-lik tarif müəyyənləşdirilib.
Lakin Kanadanın maliyyə naziri Fransua-Filip Şampanın sözlərinə əsasən, bu, Kanadanın cavab tədbirlərinin yalnız bir hissəsidir. O, həmkarları ilə birlikdə yeni mühüm tədbirlər üzərində işləyəcək.
Maliyyə naziri ölkənin misilsiz çağırışla üz-üzə olduğunu qeyd edir. Hökumət həmçinin müəssisələrin likvidliyini təmin etməli və kanadalılar üçün iş yerlərini qoruyub saxlamalıdır.