Kamala Harris – Yarış hələ bitməyib, hər səs əhəmiyyət daşıyır
Yarış hələ bitməyib və bu, tarixdə hər səsin əhəmiyyət daşıdığı ən yaxın yarışlardan biri ola bilər – bu haqda ABŞ prezidentliyinə namizəd Kamala Harris Filadelfiyada tərəfdarları ilə görüşü zamanı deyib.
Kamala Harris seçiciləri seçki prosesində iştirak etməyə çağırıb və bildirib ki, Pensilvaniya “seçkilərin nəticəsini müəyyən edə bilər”.
ABŞ prezidentliyinə namizəd yaşayış xərcləri, eləcə də uşaq baxımı, qocalar evlərində baxım xərclərinin azaldılması, işləyənlər və kiçik biznes üçün vergilərin azaldılması kimi seçki kampaniyasının vədlərinin bir neçəsini təkrarlayıb. Həmçinin, Kamala Harris reproduktiv azadlıqların bərpası üçün qanun layihəsini qəbul edəcəyinə söz verib.
“Bu kampaniyaya 107 gün əvvəl başlamışıq. Əvvəldən bu, nəyəsə qarşı mübarizə deyildi, nəyinsə uğrunda mübarizə idi. Bütün amerikalılar üçün azadlıq, imkanlar və ləyaqətlə gələcək üçün mübarizə” – Kamala Harris bildirib.