Kamala Harris, Ukraynanın iştirakı olmadan Vladimer Putinlə görüşməyəcəyini bildirir

11:21, 08.10.2024

 
Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Kamala Harris Ukrayna məsələsi ilə əlaqədar Rusiyanın Prezidenti Vladimer Putinlə Ukraynanın özü olmadan görüşməyəcəyini bildirir.

“CSB News”a müsahibəsində jurnalistin Ukraynadakı vəziyyəti həll etmək yollarını tapmaq üçün Putinlə görüşməyə razı olub-olmayacağı sualına Harris mənfi cavab verib.

“Ukraynasız olmaz. Ukraynanın öz gələcəyi ilə bağlı səs vermək hüququ olmalıdır” – Harris qeyd edib.

Bununla yanaşı, Kamala Harris ABŞ-nin hazırda Ukraynanın özünü Rusiyanın təcavüzündən müdafiə qabiliyyətini dəstəklədiyini deyib.

“Donald Tramp prezident olsaydı, Putin indi Kiyevdə oturardı. Bir günə bitirə biləcəyini deyir. Bunun nə demək olduğunu bilirsinizmi? Bu, təslim olmaq deməkdir” – Harris qeyd edib.

Ukraynanın NATO-ya mümkün üzvlüyündən danışarkən Harris qeyd edib ki, bunlar vaxtı gələndə müzakirə edəcəyimiz məsələlərdir.

Oxşar