Kamala Harris seçiciləri seçkilərdə iştirak etməyə çağırır
Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti və Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris seçiciləri səs verməyə çağırır.
“Amerika, səsinizi eşitdirməyin vaxtıdır. Bu gün səs vermək üçün sizə lazım olan hər şeyi tapmaq üçün IWillVote.com – a daxil olun” – Harris sosial media “X”də yazır.
ABŞ-da prezident seçkiləri keçirilir. ABŞ-ın şərq sahilində, Vermont ştatında yerli vaxtla saat 05:00-da ilk seçki məntəqələri açılıb.