Kaliforniyanın Vandenberq Hərbi Hava Qüvvələri bazasından Türkiyə istehsalı olan ilk müşahidə peykini kosmosa buraxdılar
Kaliforniyanın Vandenberq Hərbi Hava Qüvvələri bazasından “İMECE” Türkiyə istehsalı olan ilk müşahidə peykini kosmosa buraxdılar.
“SpaceX” şirkəti peykin buraxılışını əlverişsiz hava şəraiti səbəbindən bir neçə dəfə təxirə saldı.
Türkiyə istehsalı olan ilk peykin yaradılması Türkiyənin Elmi və Texniki Araşdırmalar Şurası (TÜBİTAK) və Prezident Administrasiyasının Müdafiə-Sənaye Şöbəsi tərəfindən maliyyələşdirilib.
Beş illik missiya ərsində, peyk Yer kürəsinin istənilən nöqtəsinin yüksək ayırdetmə qabiliyyətinə malik şəkillərini çəkəcək.
Peykin buraxılış mərasimində çıxış edən Türkiyə prezidenti, Rəcəb Tayyib Ərdoğan bəyan etdi ki, Türkiyə peyk sistemlərini özü hazırlayıb, yaradıb, yığıb, inteqrasiya edib və sınaqdan keçirib.
“Türkiyə milli texnoloji tərəqqinin bəhrəsini görür və dünyanın texnoloji liqasında zirvəyə yüksəlməyi hədəfləyir”, – Türkiyə lideri bəyan etdi.