Kaliforniyanın qubernatoru - Trampın Sərhəd Xidmətinin rəisi məni həbslə hədələyir, gəl və tut məni, cəsur oğlan, vecimə deyil
Kaliforniyanın qubernatoru Qevin Nyusom bildirir ki, Tramp administrasiyası onu həbslə hədələyir.
“Trampın Sərhəd Xidmətinin rəisi danışdığıma görə məni həbslə hədələyir. Gəl və tut məni, cəsur oğlan. Vecimə deyil. Bu, məni Kaliforniyanı müdafiə etməkdən dayandırmayacaq” – Kaliforniyanın qubernatoru sosial şəbəkə X-də yazıb.
Şənbə günü Trampın Sərhəd Xidmətinin rəisi Tom Homan bildirib ki, etiraza baxmayaraq, imiqrantlara qarşı reydlər davam edəcək. O, məmurların işinə müdaxilə edəcək şəxslərin saxlanılacağına da eyham vurub. “NBC News”a danışan Homan bu qaydanın seçilmiş məmurlar da daxil olmaqla hər kəsə şamil ediləcəyini bildirib.
“Siz həddi aşırsınız. Qanunsuz əcnəbinin himayə olunması və gizlədilməsi cinayət məsuliyyətini doğurur. Həmçinin, hüquq-mühafizə orqanlarının işinə maneə olmaq da cinayətdir” – Homan bildirib.
Kaliforniyada İmmiqrasiya İcraatı Xidmətinin əməliyyatlarına görə nümayişçilər ilə hüquq-mühafizə orqanlarının əməkdaşları arasında toqquşmalar üç gündür davam edir. Donald Trampın sərəncamı ilə iğtişaşlar fonunda Los-Ancelesə Milli Qvardiyanın 2000 üzvü yerləşdirilib.