Kaliforniyanın qubernatoru - Ştat, Milli Qvardiyanın yerləşdirilməsi ilə əlaqədar Tramp administrasiyasına qarşı iddia qaldıracaq, Trampın qərarı böhranın gərginləşdirilməsidir
Kaliforniyanın qubernatoru - Ştat, Milli Qvardiyanın yerləşdirilməsi ilə əlaqədar Tramp administrasiyasına qarşı iddia qaldıracaq, Trampın qərarı böhranın gərginləşdirilməsidir

 

Kaliforniyanın qubernatoru Qevin Nyusom ştatın Donald Tramp administrasiyasına qarşı məhkəmədə iddia qaldıracağını bildirib. Qubernator bu barədə “MSNBC”yə müsahibəsində deyib.

Nyusom qeyd edir ki, Los-Ancelesdə Milli Qvardiyanın yerləşdirilməsi ilə bağlı Donald Trampın qərarı böhranın gərginləşdirilməsidir.

“Donald Tramp bu gün axşam televizorda gördüyünüz şəraiti yaratdı. O, Milli Qvardiyanı çıxaracağını elan etdikdən sonra vəziyyəti gərginləşdirdi” – Kaliforniyanın qubernatoru bildirib.

Nyusom qeyd edib ki, Milli Qvardiyanın yerləşdirilməsi əmri ştatların qubernatorları ilə koordinasiya tələb edən müəyyən edilmiş protokolları pozub.

“Onlar mənimlə koordinasiyada olmayıblar. Protokol var, proses var. O bununla maraqlanmır” – Nyusom bildirib.

Xatırladaq ki, Los-Ancelesdə hüquq-mühafizə orqanlarının
əməkdaşları ilə aksiya iştirakçıları arasında toqquşmalar üçüncü gündür davam edir. Etirazçılara qarşı bibər topları, bibər spreyi və gözyaşardıcı qazdan istifadə ediblər. Aksiya iştirakçıları ilə Milli Qvardiyanın üzvləri arasında da toqquşmalar baş verib.