Kaliforniyanın qubernatoru bildirir ki, dünya liderləri acizdirlər, çünki Trampa lazımi şəkildə qarşı çıxmırlar – "Tramp tiranozavr-reksdir, ya onunla cütləşirsən, ya da səni yeyir"
Kaliforniyanın demokrat qubernatoru Qevin Niusom bildirir ki, dünya liderləri acizdirlər, çünki ABŞ Prezidenti Donald Trampa lazımi şəkildə qarşı çıxmırlar.
“İnsanların sadəcə diz çökdüyü bu cür ortaqlığa dözə bilmirəm. Yəqin, bütün dünya liderləri üçün bir dəstə diz yastığı gətirməli idim. Yəni, tacları paylamağı, Nobel mükafatlarının hədiyyə edilməsini nəzərdə tuturam. Bu, sadəcə acizlikdir. Ümid edirəm ki, insanlar dünya səhnəsində nə qədər aciz göründüklərini başa düşəcəklər” – Niusom Davosda jurnalistlərlə söhbətində deyib.
“Tramp tiranozavr-reksdir” – Niusom deyib.
“Ya onunla cütləşirsən, ya da səni yeyir – başqa yol yoxdur. Buna qarşı durmalısan” – Qevin Niusom qeyd edib.
O, avropalıları “qətiyyətli dayanmağa və birliyi qorumağa” çağırıb.
Bununla yanaşı, Trampın ABŞ-dakı ən məşhur tənqidçilərindən biri olan Niusom ötən payız 2028-ci ilin prezident seçkilərində iştirak etmək barədə düşünməyə başladığını təsdiqləyib.