Kaliforniyada meşə yanğınlarının sürətlə yayılması səbəbindən, minlərlə insanın təxliyəsi həyata keçirildi. Məlumatı “BBC” yayır. Yerli hakimiyyət fövqəladə vəziyyət elan etmək qərarına gəldi.
Yanğın artıq Yosemit Milli Parkına yaxınlaşır.
Ətraf ərazilərdən altı mindən çox insan təxliyə edildi. Yanğın artıq on evi məhv etdi.
Hadisə yerinə 400 yanğınsöndürən və 4 helikopter səfərbər olunub. Yerli hakimiyyət orqanlarının məlumatına görə, ötən gün güclü külək və yüksək temperatur səbəbindən yanğının sıfır faizi nəzarət altına alınıb. Onların məlumatına görə, yanğınla mübarizə çox güman ki, gələn həftə də davam etdiriləcək.