Kaliforniyada hüquq-mühafizə orqanlarının əməkdaşlarına ehtimal ki, dırnaqarası molotov kokteyli atdığı üçün iki kişini saxlayıblar
Kaliforniyada iğtişaşlar zamanı hüquq-mühafizə orqanlarının əməkdaşlarına ehtimal ki, dırnaqarası molotov kokteyli atdığı üçün iki kişini saxlayıblar.
“CNN”in yazdığı kimi, bu barədə prokuror Bil Eseili keçirilmiş mətbuat konfransında deyib.
Mövcud məlumata əsasən, hər iki hadisə iyunun 7-də Los-Ancelesin mərkəzində və Paramauntda baş verib.
Prokurorun bəyanatına əsasən, hakimiyyət Los-Ancelesdə etiraz aksiyaları zamanı zorakılıq törətmiş ola biləcək yüzlərlə insanı axtarır. O bildirib ki, müvafiq qurumlar cinayəti törədən şəxslərin müəyyən edilməsi məqsədilə video və fotomaterial toplayırlar.
“Biz bu insanların hamısını tapacağıq. Açıq deyirəm, bu, başlanğıcdır. Bu, son deyil” – prokuror mətbuat konfransında deyib.
Kaliforniyada İmmiqrasiya İcraatı Xidmətinin reydlərinə qarşı nümayişlər iyunun 6-dan davam edir. İğtişaşlar fonunda ABŞ Prezidenti Donald Tramp ötən həftənin sonunda Milli Qvardiyanın bölmələrini Los-Ancelesə göndərmək qərarını qəbul etdi. İyunun 10-da Los Ancelesin mərkəzi rayonunda, miqrasiya reydlərinə qarşı nümayişin keçirildiyi ərazidə komendant saatı elan edilib.