Kaliforniyada atəş nəticəsində iki insan öldürüldü
Kaliforniyada atəş nəticəsində iki insan öldürüldü

Kaliforniya ştatının Red-blaf şəhərində odlu silahdən atəş nəticəsində iki insan öldürüldü.

“CNN”-nin məlumatına görə, insident “Volmart” supermarketinin distribusiya şöbəsində baş verdi.

Yayılan məlumata görə, binanın girişi önündə ağ rəngli avtomobil dayandı, maşından düşən kişi atəş açdı.

Hadisə nəticəsində supermarketin əməkdaşlarından biri həlak oldu. Bir neçəsi xəsarət aldı.

Hücumçu hadisə yerinə səfərbər olunmuş hüquqmühafizəçilərə də atəş açdı. Cavab atəşi nəticəsində hücumçu yaralandı və xəstəxanaya aparıldıqdan sonra həlak oldu.

Motiv hələlik məlum deyil.