Kaliforniya ştatında baş verən meşə yanğını səbəbindən minlərlə insan təxliyə edildi

11:04, 04.09.2022

Kaliforniya ştatında baş verən meşə yanğını səbəbindən minlərlə insan təxliyə edildi. Məlumatı “Reuters” agentliyi yayır.

Yanğın Kaliforniyanın şimalında, Sakramento şəhərindən 230 mil məsafədə yerləşən meşədə əmələ gəldi. Yerli hakimiyyət orqanlarının məlumatına görə, yanğın nəticəsində artıq 4 min akr ərazi yanıb. Bundan əlavə, yüzə yaxın yaşayış evi və digər tikililər dağılıb.

Yüksək temperatur və külək səbəbindən yanğının həcmi sürətlə artır. Artıq minlərlə vətəndaş ətraf rayonlardan təxliyə edilib, onlar arasında xəsarət alanlar da var.

Oxşar