Kaxetidə virusa yoluxmuş həkimin ailə üzvlərində və onunla əlaqədə olan 62 şəxsdə koronavirus təsdiq olunmadı
Ğvareli xəstəxanasının virusa yoluxmuş həkiminin ailə üzvləri və 147 kontakt şəxsindən 62 nəfərə artıq laboratoriya yoxlaması edildi və cavablar mənfidir, – bu barədə Xəstəliklərə Nəzarət Mərkəzinin Kaxeti şöbəsinin sədri, Neli Xizanişvili bəyan etdi.
Elə onun dediyinə görə, yoxlama başqa şəxslərə də ediləcək.
Neli Xizanişvili bəyan etdiyinə görə, Laqodexi “Qızdırma Mərkəzinə” yerləşdirilən kişinin test cavabı da mənfidir.
Qeyd olunasıdır ki, düənən Ğvarelidə üç insanla bağlı sürətli testlə koronavirus təsdiq olundu, “PCR” metodu ilə edilən yoxlamada isə, mənfi nəticə çıxdı.
Bununla yanaşı, Kaxeti qubernatoru bəyan edir ki, bu mərhələdə tədbirlərin sərtləşdirilməsi planlaşdırırlmır.