Kaxetidə son 24 saat ərzində koronavirusa yoluxma halı qeydə alınmayıb
Kaxetidə epidemioloji durum dəyişməyib, koronavirusa yoluxma hallarının sayı artmayıb və yenə də 24-dür, – bu barədə Xəstəliklərə Nəzarət Milli Mərkəzinin Kaxeti təşkilatının rəhbəri, Neli Xizanişvili bəyan etdi.
Onun açıqlamasına görə, dünən bölgədən göndərilən 1 069 analizin 256 cavabı mənfidir.
İkinci gündür ki, Axmeta munisipalitetinin Matani kəndinin girişində genişləndirilmiş testləşdirmə keçirilir. Bu vaxta qədər şübhəli simptomun heç bir halı aşkar edilməyib.
Laboratoriyaya göndərilən 813 analizin cavabı günün sonunda məlum olacaq.