Kaxetidə təcili yardım və qızdırma mərkəzlərində işləyən tibb işçilərinin məqsədyönlü testləşdirməsinin ikinci mərhələsi başladı, – bu barədə Xəstəliklərə Nəzarət Milli Mərkəzinin Kaxeti şöbəsinin rəhbəri, Neli Xizanişvili bəyan etdi.
Onun dediyinə görə, tibb işçilərinə ikihəftəlik interval ilə koronavirus üzrə təkrar testləşdirmə edilir.
“Məqsədyönlü testləşdirmə həmçinin başqa yüksək riski olan qruplara, o cümlədən polis işçiləri və Müdafiə Nazirliyinin əməkdaşlarına, mağazalar, əczaçılıq biznesi və gözəllik salonu əməkdaşlarına aid olacaq. Bu mərhələdə testləşdirmə “PCR” metodu ilə edilir”, – Neli Xizanişvili bəyan etdi.
Bu mərhələdə Kaxetinin 11 karantin məkanından 11 vətəndaş var.