Kaxeti bölgəsində karantin zonalarından birini 127 vətəndaş tərk etdi. Karantin zonasında olan vətəndaşlara 24 saat ərzində həkimlər xidmət göstərirdilər, gündə üç dəfə qida və müvafiq şərait ilə təmin edilmişdilər.
Karantin zonasına bu gün Kaxeti qubernatoru, İrakli Kadaqişvili getmişdi. Evlərinə göndərilənə qədər onlar müvafiq tibbi yoxlamadan keçdilər və karantin zonasını həkimlərin rekomendasiyası əsasında tərk etdilər.
Kaxetidə cəmi 11 karantin məkanı var, burada 500 artıq insan yerləşdirlib. Onlar vətənə qayıdan Gürcüstan vətəndaşlarıdırlar.