Kaxetidə qəsdən adam öldürmə faktı üzrə bir nəfəri saxlayıblar
Kaxetidə qəsdən adam öldürmə faktı üzrə bir nəfəri saxlayıblar

 

Gürcüstanın Daxili İşlər Nazirliyinin Kaxeti Polis Departamentinin əməkdaşları “isti izlər”lə keçirilmiş əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində qəsdən adam öldürmə ittihamı ilə 2004-cü il təvəllüdlü, keçmişdə mühakimə olunmuş E.Q.-ni saxlayıblar.

“İstintaqla müəyyən edilib ki, Saqareco Munisipalitetinin Yormuğanlı kəndində təqsirləndirilən şəxs keçmişdə mövcud münaqişə zəminində baş vermiş qarşılıqlı mübahisə zamanı soyuq silahdan istifadə etməklə 1999-cu il təvəllüdlü K.M.-nin döş nahiyəsinə ölümcül xəsarətlər yetirib və hadisə yerindən qaçaraq gizlənib. Yaralı gənc xəstəxanaya aparılana qədər dünyasını dəyişib. Keçirilmiş istintaq hərəkətləri nəticəsində hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsi “isti izlər”lə saxlayıblar. Cinayətin törədilməsində istifadə olunan silah – bıçaq maddi sübut kimi götürülüb” – Daxili İşlər Nazirliyində bildirirlər.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə aparılır. Cinayət on ildən 15 ilədək azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur.