Kaxetidə qanunsuz odlu silah əldə etmə, saxlama və gəzdirmə, eləcə də ailə üzvlərini hədələməkdə ittiham olunan bir nəfər saxlanılıb
Kaxetidə ailə üzvlərini odlu silahla hədələmək, həmçinin qanunsuz olaraq odlu silah, döyüş sursatı və partlayıcı qurğu əldə etmə, saxlama və gəzdirmə ittihamı ilə bir nəfər saxlanılıb.
Bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
İstintaqın məlumatına görə, saxlanılan şəxs mübahisə zəminində valideynlərini öldürməklə hədələyib, odlu silahdan bir neçə dəfə atəş açıb və hadisə yerindən qaçıb.
Polis əməkdaşlarının keçirdiyi operativ-axtarış və istintaq tədbirləri nəticəsində şübhəli şəxs hadisədən dərhal sonra isti izlərlə saxlanılıb.
Hüquq-mühafizə orqanları saxlanılan şəxsin üzərində və yaşadığı evdə aparılan axtarış zamanı müxtəlif növ odlu silahlar, patronlar və partlayıcı qurğu aşkar edərək maddi sübut kimi götürüblər.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin ailə üzvlərinə qarşı hədə-qorxu və qanunsuz silah dövriyyəsi ilə bağlı 11¹ 151-ci və 236-cı maddələri üzrə istintaq aparılır. Həmin maddələr 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.