Kaxetidə epid-durumun pisləşməsinə görə, yeddi məktəb distansiyalı təhsilə keçdi, 39 uşaq bağçası bağlandı
Kaxetidə epid-durumun pisləşməsinə görə, yeddi məktəb distansiyalı təhsilə keçdi, 39 uşaq bağçası bağlandı

Xəstəliklərə Nəzarət Milli Mərkəzinin Kaxeti bölməsinin rəhbəri, Neli Xizanişvilinin bəyan etdiyinə görə, bölgədə epid-durumun pisləşməsinə görə, yeddi məktəb distansiyalı təhsilə keçdi, 39 uşaq bağçası bağlandı.

“Bölgədə müsbətlilik göstəricisinin artmasından irəli gələrək, 39 uşaq bağçası və beş qrup bağlandı, buradan Telavidə 11 sinif və15 uşaq bağçası. Eləcə də bölgədə epid-durumu pisləşməsinə görə, yeddi məktəfb distansiyalı təhsilə keçdi”, – Xizanişvili bəyan etdi.

Bununla yanaşı, Neli Xizanişvilinin bəyan etdiyinə görə, bu mərhələdə heç bir məktəb tam onlayn təhsilə keçmir, lakin əlavə rekomendasiyalar verildi, hansını da nəzərə almalıdırıar.

Bölgədə peyvəndlərin göstəricisinə gəldikdə, Xizanişvilinin qeyd etdiyinə görə, peyvəndlərin gündəlik sayı ciddi şəkildə azalıb.