Kaxeti bölgəsində bu vaxt üçün 24 min tona qədər üzüm emal edilib – bu haqda məlumatı Kənd Təsərrüfatı Nazirliyi yayır.
Bu mərhələdə məhsulun yığılması və yerləşdirilməsi prosesi Dedoplistsğaro, Siğnaği, Qurcaani və Ğvareli munisipalitetlərində gedir.
1300-ə qədər üzümçü üzümü şərab müəssisələrinə təhvil verib.
“Kaxetinin geridə qalan munisipalitetlərində üzüm məhsulunun yığımı üzüm müvafiq yetişkənliyə çatdıqdan sonra mərhələli şəkildə başlayacaq. Şərab müəssisələri tərəfindən emal olunmuş üzümdən 12 min tona qədər Saperavi, 7 min tona qədər Rkatsiteli, qalanı isə müxtəlif üzüm növləridir. Üzüm məhsulunun yığımı üzrə Koordinasiya Qərargahında üzümün qəbul və emalı prosesində iştirak edəcək 350-yə yaxın şərab şirkəti/şərab evi qeydiyyata alınıb; onlardan 110-u artıq üzüm məhsulunun yığımı prosesinə qoşulub. Üzüm məhsulunun yığımı ilə bağlı istənilən məlumatı Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin qaynar xətti – 1501 və üzüm məhsulunun yığımı üzrə Koordinasiya Qərargahının qaynar xətti – 0322 193 283 vasitəsilə əldə etmək olar” – Kənd Təsərrüfatı Nazirliyi tərəfindən yayılmış məlumatda deyilir.
Gürcüstan hökumətinin qərarı ilə cari ildə artıq üzümü dövlət müəssisəsi MMC “Məhsulu İdarəetmə Şirkəti” keyfiyyətə əsasən fərqli qiymətə təhvil alacaq: Kaxeti bölgəsində yetişdirilmiş Saperavi üzüm növünü – 1.50 lariyə, „Tənək və Şərab haqqında“ Gürcüstan qanununa əsasən icazə verilmiş digər şərab növlərini – 1.20 lariyə, standartlara uyğun olmayan və zədələnmiş/ya xəstə üzümü – 1.00 lariyə. Kaxeti bölgəsində özəl şərab şirkətlərinə subsidiya artıq verilmir.