Kaxaber Kemoklidze - Çorçana mövzusu özünü tam doğrultmadı, plan "B" işə salındı, pişik qazır, qazır və zənnimcə, sonda onu təəccübləndirəcək bir şey qazacaq
Çorçana mövzusu özünü tam doğrultmadı, plan “B” işə salındı – bu barədə “Qaxaria – Gürcüstan Naminə” partiyasının üzvü Kaxaber Kemoklidze sosial şəbəkədə yazıb.
“Çorçana mövzusu özünü tam doğrultmadı, plan “B” işə salındı. Pişik qazır, qazır və zənnimcə, sonda onu təəccübləndirəcək bir şey qazacaq” – Kaxaber Kemoklidze yazır.
Gürcüstan Prokurorluğunun bəyanatına əsasən, Strasburq məhkəməsinin qərarını və tövsiyələrini nəzərə alaraq, effektiv istintaqın aparılmasını təmin etmək məqsədilə, zərərçəkmişlərin iştirakı ilə Rustaveli prospektində istintaq hərəkətləri aparılır, bu isə istintaqa 2019-cu ilin 20-21 iyun işi ilə bağlı cinayətin mənzərəsini tam bərpa etməyə və mümkün cinayəti törətmiş şəxslərin kimliyinin müəyyən edilməsinə imkan verəcək.