Kaxa Okriaşvili - bildiyim qədər, konstitusiya dəyişilliklərini dəstəkləməyən çoxluqdan yeganə deputatam
Bildiyim qədər, konstitusiya dəyişilliklərini dəstəkləməyən çoxluqdan yeganə deputatam, – bu barədə Parlament çoxluğunun üzvü, Tsalka və Dmanisinin majoritarı, Kaxa Okriaşvili bəyan etdi.
“Nəyə görə dəstəkləməmədiyimi, dəfələrlə arqumntləşdirmişəm. Bu gün siyasi dəyərləndirmə verməyəcəm. Düşünürəm, siz, jurnalistlər siyasi dəyərləndirmə edəcəksiniz. Praktiki olaraq, bu gün 120/30, 20 faiz majoritar komponentdir, 120 proporsional. Demək olar, proporsional seçkilər keçirilir. Bu daimə, permanent növbədənkənar seçkiləri gətirəcək”, – Okriaşvili bəyan etdi.
Seçki sisteminin dəyişdirilməsi məqsədi ilə hazırlanmış konstitusiya dəyişikliklərini ilk dinləmə ilə bu gün Parlamentin növbədənkənar iclasında müzakirə edirlər. Dəyişikliklərin təsdiq olunması üçün ən azından 113 deputatın dəstəyi lazımdır.