Kaxa Kuçava uşaqları Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik edir
Kaxa Kuçava uşaqları Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik edir

Gürcüstan parlamentinin sədri, Kaxa Kuçava uşaqları Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik edir.

Bu barədə Kaxa Kuçava sosial şəbəkədə yazır.

“Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik edirəm!

Valideynləri və həyatını gələcək nəslin yetişdirilməsinə həsr edən hər bir insanı təbrik edirəm. Birlikdə hər şeyi etməliyik ki, uşaqlara, ölkəmizin gələcəyinə, daha artıq təhlükəsiz və sağlam mühit yaradaq.

Əziz uşaqlar, sizə sağlamlıq, xoşbəxt uşaqlıq arzulayıram”, – Kuçava yazır.