Kaxa Kuçava Nikoloz Basilaşvilini Münhen Turnirinin qələbəsi münasibətilə təbrik edir
Parlamentin sədri, Kaxa Kuçava Nikoloz Basilaşvilini Münhen Turnirinin qələbəsi münasibətilə təbrik edir.
“Nikoloz Basilaşvilini Gürcüstan adından bir daha təbrik edirəm! Ölkəmizin bir nömrəli tennisçisi Münhen Turnirinin qalibidir.
Nikolozu və hamınızı təbrik edirəm!”, – Kaxa Kuçava rəsmi “feysbuk” səhifəsində yazır.
Gürcü tennisçici, Nikoloz Basilaşvili karyerasında beşinci titulunu qazandı. Münhenin ATP250 kateqoriya turnirinin finalında alman Yan-Lenard Ştrufu iki setdə məğlubiyyətə uğratdı.