Kaxa Kuçava koronavirsa qarşı vaksinlə peyvənd olundu

11:36, 23.08.2021

Vaksinasiya pandemiyanın məğlub edilməsinin yeganə yoludur, əminəm ki, ümumi səylərlə, bu çətin çağırışı mütləq dəf edəcəyik, – bu barədə Gürcüstan Parlamentinin sədri, Kaxa Kuçava sosial şəbəkədə yazır.

Kuçava bu gün koronavirusa qarşı “fayzer” vaksini ilə peyvənd olundu.

Kaxa Kuçavanın dediyinə görə, vaksinasiya ilə birlikdə rekomendasiyaların müdafiəsi vacibdir və bununla necə özümüzün, eləcə də ətrafımızda olan insanların sağlamlığı və həyatı qayğısına qalaq.

“Vaksinasiya pandemiyanın məğlub edilməsinin yeganə yoludur. Vaksinasiya ilə birlikdə rekomendasiyaların müdafiəsi vacibdir və bununla necə özümüzün, eləcə də ətrafımızda olan insanların sağlamlığı və həyatı qayğısına qalaq. Hər bir həkimə, tibb sahəsinin hər bir nümayəndəsinə fədakar əməyinə görə minnətdarlığımı bildirmək istəyirəm. Əminəm ki, ümumi səylərlə, bu çətin çağırışı mütləq dəf edəcəyik”, – Kuçava yazır.

Oxşar