Kaxa Kuçava - fakt ki, Rusiyanın üzdəniraq sülh qüvvələri Qarabağda yerləşəcəklər, sülhün zəmanəti ola bilməz
O fakt ki, Rusiyanın üzdəniraq sülh qüvvələri Qarabağda yerləşəcəklər, sülhün zəmanəti ola bilməz, – “Gürcü Arzusunun” üzvü, Kaxa Kuçava Dağlıq Qarabağda inkişaf edən hadisələ bu cür əks səda verdi.
Elə onun dediyinə görə, rus hərbçiləri öz maraqlarının yürüdülməsinə çalışacaqlar.
“Biz dəfələrlə demişik ki, münaqişənin sülh yolu ilə həllinin alternativi yoxdur. Sözsüz ki, Rusiyanın üzdəniraq sülh qüvvələri Qarabağda yerləşəcəklər, sülhün zəmanəti ola bilməz. Biz çox yaxşı bilirik, Rusiya və onun sülh qüvvələri, istənilən sülhün bərqərar olunmasından çox uzaqdadır və onlar öz maraqlarının yürüdülməsinə çalışacaqlar. Buna görə, ilk növbədə o fakt alqışlanasıdır ki, silahlı münaqişə dayandırıldı. Lakin görək, gözləyək hadisələr necə inkişaf edəcək. Ümid edirəm, bu iki qonşu ölkəmiz, üzdəniraq sülh qüvvələri ilə bu bölgədə öz təsirini daha da gücləndirməyə çalışan ümumi düşmənə qarşı öz maraqlarının müdafiəsini bacaraq”, – Kaxa Kuçava bəyan etdi.
Xatırladaq ki, Ermənistanın baş naziri, Nikol Paşinyan gecə bəyan etdi ki, Rusiya və Azərbaycan prezidenti ilə Dağlıq Qarabağda döyüş əməliyyatlarını dayandırmağı nəzərdə tutan razılaşmanı imzaladı. Ermənistanın baş nazirinin bəyanatı Yerevanda etirazla nəticələndi. Yüzlərcə insan Yerevanda, Respublika Meydanına toplaşdı. Nümayişçilərin bir hissəsi hökumət evinə soxuldu. Aksiya iştirakçilarının bir hissəsi Ermənistan Parlamentinin sədrini fiziki təhqir etdi. Ermənistan baş naziri, az sonra yaydığı müraciətində qeyd etdi ki, başqa yolu yoxuydu.
Razılaşmadan sonra Bakıda bayram etdilər. Azərbaycan prezidenti, İlham Əliyev də bəyanat yaydı – “Qarabağ münaqişəsinin tənzimləmə işinə nöqtə qoyulub”. Əliyevin açıqlamasına görə, razılaşmanın maddələrindən biri Dağlıq Qarabağda Rusiya və Türkiyənin birgə sülh missiyasını təşkil edir.
Artıq üçtərəfli razılaşmanın mətni də açıqlandı. Doqquz maddəli razılaşmanın maddələrindən biri, Qarabağda 2 000-ə qədər rus hərbçisinin yerləşdirilməsini nəzərdə tutur.