Kaxa Kuçava – Eka Tikaradze həqiqətən də cəsarətli islahatlar aparmaqdan və qərarlar qəbul etməkdən heç vaxt qorxmayan bir insan idi
Parlamentin sədri, Kaxa Kuçava bəyan edir ki, Eka Tikaradze həqiqətən də cəsarətli islahatlar aparmaqdan və qərarlar qəbul etməkdən heç vaxt qorxmayan bir insan idi
Kuçava jurnalistlərlə söhbəti zamanı Tikaradzenin Səhiyyə naziri vəzifəsindəngetməsini dəyərləndirdivə heç bir qarşıdurma olmadığını qeyd etdi.
“Dünən hamınız brifinqi dinlədiniz və heç bir mübahisədən söz açılmadı. Nadir hallarda, tez-tez müxtəlif formatlarda toplaşanda heç bir mübahisə belə hiss edilmirdi. Təkcə Tikaradzenin istefası haqqında deyil, istənilən nazir haqqında hər gün şayiələr yayılır. Gec-tez bu fakt baş verəndə biz bunu deyirik. Üç ildir ki, bu adam Səhiyyə naziri idi. Üç il sonra o, bu qərarı verdi. Yəqin ki, təfərrüatları barəsində özü danışacaq”, – Kuçava bəyan etdi.
Kaxa Kuçavanın dediyinə görə, Ekaterine Tikaradzeni kimin əvəz edəcəyi barəsində onun məlumat yoxudur.
“Qərar baş nazir tərəfindən veriləcək. Parlamentdə təsdiqə ehtiyac olmadığından biz, Parlamentin bu məsləhətləşmələrində iştirak etməyi fikrində deyilik. Dünyada pandemiya da daxil olmaqla, bir çox çağırışlar var idi və Gürcüstan həm qanunvericilik, həm də icra hakimiyyətləri səviyyəsində mühüm mərhələlər keçdi. Razı olanlar da, narazı olanlar da çox idi. Ona görə də cəmiyyət özü buna qiymət verəcək. Eka Tikaradze həqiqətən də cəsarətli islahatlar aparmaqdan və qərarlar qəbul etməkdən heç vaxt qorxmayan adam idi”, – Kaxa Kuçava qeyd etdi.
Bununla yanaşı, jurnalistlər Kaxa Kuçavaya müddətsiz kovid-passport barəsində sual verdilər.
“Mən Parlamentin sədriyəm, həkim deyiləm. Buna görə, səlahiyyətli cavab verməkdə çətinlik çəkərəm. Halbuki, əvvələr dediyim kimi, indi də deyirəm, bu istiqamətlə qərar qəbul edən həkim və ekspertlərlə razılaşıram. Tikaradzenin daimi pasportlarla bağlı mövqeyi, səhv etmirəmsə, bütün tibbi spektrin mövqeyi idi. Müvafiq olaraq mən həkim deyiləm və həkimlərin qərarının tərəfdarıyam”, – Kuçava bəyan etdi.araz