Kaxa Kaladzenin tapşırığı ilə, cümə axşamı və cümə günü Tbilisi Meriyasında və Qamqeobalarda vətəndaşların qəbulu günləri olacaq
Kaxa Kaladzenin tapşırığı ilə, cümə axşamı və cümə günü Tbilisi Meriyasında və Qamqeobalarda vətəndaşların qəbulu günləri olacaq

Paytaxtın meri, Kaxa Kaladze munisipalitetin yeni tərkibinə tapşırıq verdi ki, vətəndaşlarla hərhəftəlik kommuniskasiyada olsunlar.

Onun Tbilisi hökumətinin bu günki iclasında bəyan etdiyinə görə, Qamqeobalarda vətəndaşların qəbulu hər cümə axşamı və cümə günü baş verməldir və onların problemləri dinlənilməlidir.

“Çox əhəmiyyətlidir ki, hökumət üzvlərinin munisipalitet rəhbrindən dəstək-tərəfdaşlıq olsun və biləsiniz, bu belə də olacaq. Lakin hamımız bir şeyi çox yaxşı nəzərə almalıyıq – biz burada ona görəyik ki, Tbilisi və bu şəhərdə yaşayanlara xidmət edək. Bu prinsipial olaraq əhəmiyyətlidir. Ola bilsin bəzisi üçün merlik, paytaxt hökuməti üzvlüyü müəyyən vəzifə olsun, şəxsən mənim üçün və əminəm ki, siz də bunu yaşı dərk edibsiniz, bu Tbilisililərə xidmət etməkdir. Şəhərin əksəriyyətinin verdiyi böyük məsuliyyəti hamımız yaxşı dərk etmişik. Bizim üçün əsas iş Tbilisidən olan problemlərə layiqincə cavab vermək və münasibətin bildirilməsidir”, – Kaladze bəyan etdi.

Bundan başqa, paytaxt meri hökumət üzvlərinə müraciət etdi ki, əgər hansısa tələb qanuna zidd çıxırsa, bunların hamısını vətəndaşlara başa salsınlar.

“Həmçinin ictimaiyyətlə əlaqə, vətəndaşların həyata keçirilməsini planlaşdırdığımız layihələrə qoşulması əhəmiyyətlidir. Vətəndaşların dinlənilməsi, kim nə çətinlikdədir, hansı dəstək lazımdır. Buna görə, icra hakimlərinə tapşırıq verirəm ki, həftədə iki günü – cümə axşamı və cümə gününü vətəndaşların qəbulu və onların problemlərinin dinlənilməsi üçün ayırasınız. Yaxşı başa düşürəm ki, problemlərin hamısı həlç oluna bilməz, lakin nəyisə əgər edə bilmiriksə, vəya ola bilsin nəsə qanuna qarşıdır, vətəndaşların müvafiq cavabları olmalıdır və bilməlidilər ki, onların konkret tələbləri niyə yerinə yetirilə bilinmir”, – Tbilisi meri qeyd etdi.

Elə onun dediyinə görə, vətəndaşların cümə axşamı və cümə günü qəbulu Tbilisi Meriyasında da baş verəcək.