Paytaxtın meri Kaxa Kaladze vitse-mer Qiorqi Tğemaladze ilə birlikdə Yerevanın meri Tiqran Avinyanla görüşüb. Görüşdə Gürcüstan və Ermənistan arasında mövcud dostluq münasibətləri və müxtəlif sahələrdə təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb.
“Erməni və gürcü vətəndaşların mehriban qonşuluq münasibətlərimiz var. Biz bunu dərinləşdirmək və daha da maraqlı etmək üçün hər şeyi etməliyik. Fürsətdən istifadə edərək sizi Ermənistanın Müstəqillik Günü münasibətilə təbrik edirəm. Bu tarixlə əlaqədar Tbilisinin teleqülləsi Ermənistan bayrağının rənglərində işıqlandırıldı. Yerevana gedəndə özümü hər zaman evdəki kimi hiss edirəm. Əminəm, şəhərlərimiz arasında fəal əməkdaşlıq gələcəkdə də davam edəcək və biz bir çox mühüm layihəni həyata keçirə biləcəyik” – Kaxa Kaladze görüşdə bildirib.
Yerevanın meri bildirib ki, Tbilisi kimi Yerevan da nəqliyyat islahatının həyata keçirilməsinə böyük önəm verir.
“Həm Tbilisi, həm də Yerevan sürətlə inkişaf edir. Nəqliyyat islahatlarına nə qədər diqqət yetirdiyinizi bilirik. Nəqliyyat infrastrukturunun səhmana salınmasının Tbilisi vətəndaşları üçün çox vacib olduğunu bilirəm. Bu istiqamətdə təcrübə mübadiləsi aparmaq yaxşı olardı. Bundan başqa, Tbilisi ilə daha çox mədəni tədbirləri zövqlə həyata keçirəcəyik” – Tiqran Avinyan bildirib.