Kaxa Kaladze - Yeni il qala-konserti televiziya formatında olacaq, insanları zorbalıq və təhqirdən qorumağa çalışan məsuliyyətli hakimiyyət belə davranır
Yeni il qala-konserti televiziya formatında olacaq və tamaşaçı bunu bu gecə izləyəcək – bu haqda Tbilisinin meri Kaxa Kaladze sosial şəbəkədə yayılan videomüraciətində deyib.
Onun sözlərinə əsasən, qala-konsert bir tərəfdən əhali üçün hədiyyə, digər tərəfdən isə gürcü musiqiçilərinə dəstəkdir.
“Yeni il qala-konserti bu il televiziya formatında olacaq və tamaşaçı bunu bu gecə izləyəcək. Qala-konsert bir tərəfdən əhali üçün hədiyyə, digər tərəfdən isə gürcü musiqiçilərinə və müğənnilərinə dəstək və yardımdır. Düşünürəm ki, niyə televiziya formatında keçirildiyinə dair izahata ehtiyac yoxdur. Bu bayram anlarında sizi ağır mövzularla yormayacağam, yalnız bir şeyi deyəcəyəm, insanları zorbalıq və təhqirdən qorumağa çalışan məsuliyyətli hakimiyyət belə davranır ki, biz bunu dəfələrlə, hətta musiqiçilərə qarşı görmüşük” – Kaxa Kaladze bildirib.
Həmçinin, paytaxtın meri qeyd edib ki, Yeni il gecəsi ictimai nəqliyyatın iş rejimi uzadılacaq və həm metro, həm də avtobuslar əhaliyə yanvarın 1-i saat 00:00-dan 03:00-dək pulsuz xidmət göstərəcək. Bundan başqa, Riğe-Nariğala kanat yolu da uzadılmış iş rejimində çalışacaq.