Kaxa Kaladze - Yeni İl büdcəsi sözsüz ki, tədbirlərin miqyaslarından asılıdır
Tbilisi meri, Kaxa Kaladzenin dediyinə görə, Yeni İlin büdcəsi paytaxtda planlaşdırılan bayram tədbirinin miqyasına görə müəyyən ediləcək.
Kaladzenin bu gün jurnalistlərə bəyan etdiyinə görə, açıq məkanda keçiriləcək bu ilki tədbirlər hər yaşda olan insanlar üçün nəzərdə tutulub.
“Keçən il mövcud pandemiya səbəbindən ümumiyyətlə Yeni İl kəndimiz yox idi, çünki vəziyyət çox çətin idi. İki il bundan əvvək daha fərqli bir reallıq oldu. Müvafiq olaraq, büdcə illərə görə dəyişir. Keçən il az idi, ondan əvvəl bir az çox idi, bu il keçən ildən çoxdur və s.”, – Kaladze bəyan etdi.
Tbilisi meri mediaya Yeni İl tədbirlərinin satın alınması üçün tenderin niyə elan oluna bilmədiyini də izah etdi.
“Əgər siz mənə desəniz və məsləhət versəniz ki, necə etmək olar məsələn müğannini tender əsasında seçək, böyük minnətdarlığımı bildirəcəm. Tenderin şərtləri nə olmalıdır, nəyə uyğun olaraq seçək, səsin yüksəkliyi əsasındamı?”, – Kaladze bəyan etdi.