Kaxa Kaladze - yayılan yazıların detallarını bilmirəm, səmimi desəm marağım da yoxdur
Kaxa Kaladze - yayılan yazıların detallarını bilmirəm, səmimi desəm marağım da yoxdur

“Gürcü Arzusunun” Tbilisi merliyinə namizədi, Kaxa Kaladze bəyan edir ki, yayılan yazıların detallarını bilmir və marağı da yoxudur.

“Seçki kampaniyası çərçivəsində yalnız Tbilisi, şəhərdə həyata keçirilən layihələr və mövcud çağırışlar barəsində danışıram. Yayılan yazıların detallarını bilmirəm, səmimi desəm marağım da yoxdur, çünki seçkiqabağı kampaniya rejimindəyəm, hər gün əhali ilə bir çox görüşüm var və mövcud problemlər, çağırışlar və gələcək planlar barəsində danışıram, şəhərin inkişafını və Tbilisi növbəti dörd il ərzində necə görürəm. Müvafiq xidmətlər bu gün bunula bağlı bəhyanat verdilər”, – Kaladze bəyan etdi.

İnternetdə dini şəxslər və Patriarxlığın əməkdaşlığı barəsində güman edilən yazılı və audi material yayıldı. Onu müəyyənm televizyalar efirə də buraxdılar. Yayılan fayllar müəyyən dini şəxslərin şəxsi həyatına aiddir. Fayllar həddi büluğa çatmayanlar barəsində məlumatı da əhatə edir. Gürcüstanın Birinci Kanalının ğözü bu materialları təklif etmir, çünki şəxsi məlumatı əhatə edir, onların etibarlılığı təsdiq olunmayıb.

Gürcüstan Prokurorluğunda gizli yazılarla bağlı yayılan məlumat üzrə istintaqa başlanıldı. Bununla yanaşı DTX media və siyasi şəxslərə müraciət edir ki, istintaqın başa çatmasına qədər dəqiq olmayan və yoxlanılmayan məlumatın yayılmasından tərəddüd etsinlər.