Kaxa Kaladze: “Vətənsiz xainlər xaricdən maliyyələşdirilirdilər ki, Patriarxlığı və kilsəni nüfuzdan salsınlar, lakin buna nail ola bilmədilər
Tbilisi meri Kaxa Kaladze bildirib ki, “vətənsiz xainlər” illər boyu maliyyə alaraq Patriarxlığı, patriarxı və kilsəni nüfuzdan salmağa çalışıblar, lakin buna nail ola bilməyiblər.
Onun sözlərinə görə, cəmiyyət bu proseslərin arxasında kimin dayandığını yaxşı görür və qiymətləndirir.
“Görürsünüz ki, tənqid kimlərdən gəlir – vətənsiz xainlərdən və agent şəbəkəsindən, bizim Patriarxlığa açıq şəkildə qarşı çıxan insanlardan. Onlar illər boyu bu fəaliyyətlə məşğul olublar, maliyyə alıblar, xaricdən dəstəkləniblər ki, Patriarxlığı, patriarxı və kilsəni nüfuzdan salsınlar. Lakin, təbii ki, buna nail ola bilmədilər. Xalq hər şeyi çox yaxşı görür, hiss edir və qiymətləndirir. Biz də yaxşı bilirik ki, bu proseslərin arxasında kim dayanır. Hər şey ölkəmizin və inancımızın maraqlarına uyğun olacaq,” – deyə Kaxa Kaladze qeyd edib.