Kaxa Kaladze vətəndaşlarla həftəlik görüşlərə başlayıb
Kaxa Kaladze vətəndaşlarla həftəlik görüşlərə başlayıb

 

Paytaxtın meri Kaxa Kaladze vətəndaşlarla həftəlik görüşlərə başlayıb.

Tbilisi Meriyası, Tbilisinin Meriyasının müvafiq xidmətlərinin rəhbərlərinin də iştirak etdiyi bu gün keçirilən görüşdə əsasən səhiyyə, sosial, memarlıq, şəhərsalma, nəqliyyat və digər məsələlərə toxunulduğu haqda məlumat verir.

Tbilisinin meri əhalidən konkret problemlərlə bağlı məlumatı dinləyib və onlara meriyanın səlahiyyəti daxilində yardım vəd edib.

Bu gündən etibarən hər çərşənbə günü saat 16:00-dan 18:00-dək olan dövrdə Tbilisinin Meriyasında intensiv görüşlər keçiriləcək. Kaxa Kaladze ilə görüşmək istəyənlər meriyanın birinci mərtəbəsində yerləşən Vətəndaş Xidmətləri Xidmət Mərkəzinə görüşdə iştirak etmək tələbi ilə ərizə təqdim etmək imkanına malikdirlər və orada munisipalitetin meriyasının səlahiyyətinə daxil olan məsələni göstərməlidirlər.

Vətəndaşlar paytaxtın meri ilə növbəlilik prinsipi ilə görüşəcəklər.