Kaxa Kaladze - ümid edirəm, Tbilisi və Bakı arasında Qardaşlıq Memorandum Gürcüstan və Azərbaycan arasında çoxəsrlik əlaqələrin dərinləşdirilməsinə böyük töhfəsini daxil edəcək
Kaxa Kaladze - ümid edirəm, Tbilisi və Bakı arasında Qardaşlıq Memorandum Gürcüstan və Azərbaycan arasında çoxəsrlik əlaqələrin dərinləşdirilməsinə böyük töhfəsini daxil edəcək

24 illik partnyorluq əlaqələrindən sonra, Tbilisi və Bakı arasında qardaşlıq haqqında memorandum imzalandı. Memorandumu Tbilisi meri, Kaxa Kaladze və Bakı meri, Eldar Əzizov imza atdılar. Məlumatı Tbilisi Meriyası yayır.

“Tbilisi və Bakı arasında bu gün imzalanan qardaşlıq haqqında memorandum çox əhəmiyyətlidir. Şəhərlərimiz arasında uzunmüddətli partnyorluq əlaqələri mövcud idi. Ümid edirəm, Tbilisi və Bakı arasında qardaşlıq haqqında memoranduu Gürcüstan və Azərbaycan arasında çoxəsrlik əlaqələrin dərinləşdirilməsinə böyük töhfəsini daxil edəcək. Münasibətlərimizin müxtəlif sahələrdə daha maraqlı və mehriban olmasına şərait yaradacaq”, – Kaxa Kaladze bəyan etdi.

Memorandum mədəniyyət, incəsənət, turizm, şəhərsalma, ətraf mühit, nəqliyyat, informasiya texnologiyaları, enerji effektlik, tullantıların idarəsi, gənclərlə iş və idman sahələrində informasiya və təcrübənin paylaşılması yolu ilə, həmçinin ticarət və biznes əlaqələrin müxtəlif istiqamətlərdəidərinləşdirilməsini əhatə edir.

“Gürcüstan və Azərbaycanı çoxillik əlaqələr bağlayır, hansına da biz yüksək dəyərləndirmə veririk. Müxtəlif sahələr üzrə bir çox nailiyyətimiz var. Xalq diplomatiyası və iki xalq arasında mövcud dostluq xüsusilə qeyd olunasıdır. Bu gün imzaladığımız memorandum, əlaqələrimizin daha da gücləndirilməsinə imkanlar yaradacaq”, – Bakı Şəhər İcra Hakimiyyəti başçısı, Eldar Əzizov bəyan etdi.

Tbilisi merinin iki günlük rəsmi səfəri Bakıya bu gün başladı. Səfər çərçivəsində müxtəlif formatda yüksək səviyyəli görüşlər planlaşdırılıb. Tbilisi meri ilə birlikdə müavini, İliya Eloşvili nümyəndə heyəti tərkibindədir.