Kaxa Kaladze - ümid edirəm, bütün siyasi partiya Parlamentə daxil olmaqla düzgün qərar qəbul edəcək
Kaxa Kaladze - ümid edirəm, bütün siyasi partiya Parlamentə daxil olmaqla düzgün qərar qəbul edəcək

Ümid edirəm, bütün siyasi partiya Parlamentə daxil olmaqla düzgün qərar qəbul edəcək, – bu barədə paytaxtın meri, Kaxa Kaladze mövzunu şərh edərkən jurnalistlərə bəyan etdi.

“Parlamentə daxil olmağa gəldikdə, siz bilirsiniz ki, danışıqlar çoxdandır aparılır və böyük ümidim var ki, müsbət və uğurla başa çatacaq. Ümid edirəm, bütün siyasi partiya Parlamentə daxil olmaqla düzgün qərar qəbul edəcək. Bu isə, ölkənin demokratik irəliləyişi və inkişafı üçün çox əhəmiyyətlidir”, – Kaxa Kaladze bəyan etdi.

Bununla yanaşı, Kaladze jurnalistin müxalifət partiyaların nümayindələri ilə təyin edilmiş görüşün koronavirus səbəbindən təxirə salınması barəsində verilən suala cavab verdi.

“Bununla bağlı bu gün bəyanat verildi. Hamımız təxirə salınmanın səbəbini gördük. Bu gün bilirsiniz ki, xüsusiləçətin vəziyyətdir. Elementar olaraq statistikaya nəzər yetirsək, hər çey açıq aydındır, virusa yoluxanların sayı necə artıb, buna səbəb bu idi”, – Kaladze qeyd etdi.