Kaxa Kaladze - Tramvay 35 ildən sonra Tbilisiyə qayıdacaq, bu gün tramvay xətti layihəsinin və tikinti işlərinin satın alınması üçün tender elan edirik
Kaxa Kaladze - Tramvay 35 ildən sonra Tbilisiyə qayıdacaq, bu gün tramvay xətti layihəsinin və tikinti işlərinin satın alınması üçün tender elan edirik

 

Gürcüstanın müstəqillik tarixində ilk dəfə olaraq tramvay layihəsi həyata keçiriləcək. Bu gün tramvay xətti layihəsinin və tikinti işlərinin satın alınması üçün tender elan edirik – bu barədə Tbilisinin meri Kaxa Kaladze paytaxt hökumətinin bugünkü iclasında deyib.

Kaladzenin qeyd etdiyi kimi, müasir, Avropa standartlarına uyğun tramvay xətti Didi Diğomi yaşayış məntəqəsini “Didube” metro stansiyası ilə birləşdirəcək.

“Bundan əvvəl bazar araşdırması ilə əlaqədar tender elan etdiyimizi bilirsiniz. Nə edilməli, layihənin hansı hissədə həyata keçirilməli olduğu barədə tam məlumatımız var və nəqliyyatın inkişafı istiqamətində daha bir həyati əhəmiyyətli və irimiqyaslı layihə həyata keçiriləcək. Birbaşa deyə bilərik ki, tramvay 35 ildən sonra Tbilisiyə qayıdacaq. Şəhərdə ilk dəfə olaraq, Didi Diğomi yaşayış məntəqəsini “Didube” metro stansiyası ilə birləşdirəcək müasir, Avropa standartlarına uyğun tramvay xətti tikiləcək. Layihənin məqsədi yeni tramvay xətti vasitəsilə Didi Diğomi yaşayış məntəqəsini Tbilisinin müxtəlif rayonları ilə ən qısa müddətdə birləşdirməkdir” – Kaxa Kaladze bildirib.