Kaxa Kaladze: Təhsil islahatı vacibdir və zəruridir, son illərdə bu sahədə ciddi tənqidlər olub
Kaxa Kaladze: Təhsil islahatı vacibdir və zəruridir, son illərdə bu sahədə ciddi tənqidlər olub

Tbilisi meri Kaxa Kaladze media nümayəndələrinə açıqlamasında bildirib ki, təhsil islahatı vacibdir və son illərdə bu sahədə böyük tənqidlər olduğuna görə zəruridir.

Kaladze qeyd edib ki, bu prosesdə təhsil naziri və universitet nümayəndələrinin iştirakı çox önəmlidir.

“Baş nazirin təşəbbüsünü alqışlayıram. Təhsil islahatı vacibdir və zəruridir, çünki son illərdə bu sahədə ciddi tənqidlər olub. Dialoqun alternativi yoxdur. Təhsil naziri universitet nümayəndələri ilə görüşür və bu çox müsbət haldır. Heç bir sual cavabsız qalmamalıdır. Məqsədimiz təhsil sistemini daha yaxşı etmək, gələcək nəsillərə, gənclərə dəstək verməkdir. Bu işdə müəllimlər və universitet nümayəndələri iştirak etməlidir. Onlarsız bu mümkün olmayacaq”, – deyə Kaxa Kaladze vurğulayıb.