Kaxa Kaladze - Tbilisinin tarixi hissəsində əhalinin razılığı olarsa, bina-tikililər alınacaq
Tbilisinin tarixi hissəsində 2026-cı ildə başlayacaq qəzalı bina-tikililərin dəyişdirilməsi proqramı ilə əlaqədar bu gün paytaxtın meri Kaxa Kaladze jurnalistlərlə danışarkən izah edib ki, əhalinin razılığı olarsa, bina-tikililər alınacaq.
Bununla yanaşı, Tbilisinin meri bəyan edib ki, bu bina-tikililər təmir ediləcək və satılması üçün hərraca çıxarılacaq ki, yeni sahibi şəhərin tarixi irsinə lazımınca qayğı göstərə bilsin.
“Əhalinin razılığı olarsa, bina-tikililəri alacağıq, gözəlləşdirəcəyik, qoruyub saxlayacağıq və hərraca çıxaracağıq, satacağıq ki, ona sahib olan mülkiyyətçi onun qayğısına qalsın” – Kaxa Kaladze bildirib.
O bildirib ki, maraqlanması halında, istənilən vətəndaş hərracda iştirak edə bilər.