Kaxa Kaladze - Tbilisinin 2025-ci ilin birləşdirilmiş büdcəsi 2 milyard 555 milyon lariyə çatacaq
Kaxa Kaladze - Tbilisinin 2025-ci ilin birləşdirilmiş büdcəsi 2 milyard 555 milyon lariyə çatacaq

 
Tbilisi 2025-ci ili artan büdcə ilə qarşılayır. Paytaxt hökuməti sakrebuloya 2 milyard lari təşkil edən yeni büdcəni təqdim edib.

Tbilisinin Munisipaliteti öz gəlirlərindən başqa, mərkəzi hakimiyyətdən yardım şəklində 580 milyon lari alacaq.

Paytaxtın meri Kaxa Kaladze onun mer olduğu müddətdə Tbilisinin büdcəsinin həcminin xeyli artdığını bildirib.

“Biz bütün çağırışlara və problemlərə ləyaqətlə cavab verməyə çalışırıq. Gələn ilin büdcəsi də bizə bunu etmək imkanı verir. Tbilisinin 2025-ci ilin birləşdirilmiş büdcəsi publik hüquqi şəxslərin, qeyri-sahibkar (qeyri-kommersiya) hüquqi şəxslərin öz gəlirləri, keçid balansı və kreditlər daxil olmaqla 2 milyard 555 milyon lariyə çatacaq ki, bu da çox vacibdir. Kiçik bir müqayisə etmək istəyirəm. Məsələn, 2017-ci ildə Tbilisinin əhalisi tərəfindən seçildiyimiz zaman 2018-ci ilin büdcəsi 815 milyon lari idi. Bu gün, əlbəttə, tamamilə başqa rəqəmlər var. Fürsətdən istifadə edərək Gürcüstanın Baş naziri İrakli Kobaxidzeyə, hökumətə, Maliyyə Nazirliyinə, hər kəsə dəstək və əməkdaşlığa görə təşəkkürümü bildirmək istəyirəm, çünki bu olmadan gələn ilin layihələri və həyata keçiriləcək işlər haqqında danışmaq mümkün deyil” – Kaxa Kaladze bildirib.

Sözügedən büdcə müxtəlif istiqamətlər üzrə bölüşdürüləcək. Xüsusilə, infrastruktur üçün müəyyən edilmiş xərclər 700 milyon lari, səhiyyə və sosial istiqamətdə isə 535 milyon lari təşkil edir.