Kaxa Kaladze – Tbilisililər üçün seçimin edilməsi asan olacaq

16:53, 23.10.2021

Əminəm ki, xalqın dəstəyi və köməyi ilə qəti qələbə qazanacağam, – bu barədə Tbilisi meri, Kaxa Kaladze jurnalistlərə bəyan etdi.

Elə onun dediyinə görə, bir tərəfin Tbilisi ilə bağlı konkret fəaliyyət planı var, digər tərəfdə isə, ” tamamilə heç nə yoxdur”.

“İkinci tura gəldikdə, bizim şəhərimiz və harada ikinci turlar keçirilirsə bütün bölgə üçün çox əhəmiyyətlidir. Əminəm ki, xalqın dəstəyi və köməyi ilə qəti qələbə qazanacağam,

Bizim bu gün nə seçimimiz var, Bir tərəfin Tbilisi ilə bağlı konkret fəaliyyət planı, konkretlayihələri var, məhəllələr, rayonlar, küçələrə əsasən nələr edilməlidir; digər tərəfdə isə, tamamilə heç nə yoxdur. Bütün kampniya ərzində heç nə barəsində danışırdılar, heş bir proqram, heş bir baxış. Buna görə, Tbilisililər üçün seçimin edilməsi asan olacaq”, – Kaladze bəyan etdi.

Oxşar