Kaxa Kaladze - Söz verirəm, Gürcüstan heç vaxt keçmişə qayıtmayacaq, yalnız irəli ! qələbələrlə, sülh şəraitində biz inkişaf etmiş, azad Gürcüstanda yaşayacağıq
Bu gün biz həyatda qalmaq, yalnız fiziki olaraq deyil, həm də mənəvi olaraq, dövlətimizin üzərində dayandığı dəyərlərlə, kimliyimizi qoruyub saxlamaq və dinc inkişafı davam etdirmək üçün həyatda qalmaq çağırışı ilə qarşı-qarşıyayıq – bu haqda “Gürcü Arzusu”nun baş katibi Kaxa Kaladze Zuqdididə seçkiöncəsi görüşdə çıxışı zamanı deyib.
Kaxa Kaladze, Gürcüstanın heç vaxt keçmişə qayıtmayacağını bildirib.
“İllər əvvəl ölkədə vəziyyətin nə olduğunu, insan ləyaqətinin ayaqlar altında tapdalandığını hamımız xatırlayırıq. Fərqli fikirləri olan insanlara necə davranıldığını xatırlayırıq. İş adamlarına münasibətdə nə baş verdiyini, onların necə reket edildiyini, əmlaklarının necə müsadirə edildiyini xatırlayırıq. Küçədə güllələnən gəncləri xatırlayırıq. Həbsxanalarda baş verənləri xatırlayırıq və biz “Gürcü Arzusu-Demokratik Gürcüstan” sizə söz veririk ki, Gürcüstan heç vaxt keçmişə qayıtmayacaq. Yalnız irəli ! qələbələrlə, sülh şəraitində biz demokratik, inkişaf etmiş, azad Gürcüstanda yaşayacağıq. Bir neçə gün bundan əvvəl qətnamə dərc etdilər, qətnamədə əvvəllər pərdə arxasında bizə dedikləri və əllərini sıxaraq bizi təhdid etdikləri şey haqda açıq şəkildə danışırlar. Lakin, sözügedən qətnamədə yenə də hər şeyi deməyiblər, yalnız sanksiyalardan danışmağa cəsarət etdilər. İkinci cəbhənin açılması, sanksiyalara qoşulmaqla bağlı edilən çağırışları xatırlayırıq. Əgər o zaman səhv edib sanksiyalara qoşulmağa doğru addım atsaydıq, kimə zərər verərdik? Yenə də gürcü dövlətinə, gürcü xalqına, iqtisadiyyatına və zəhmətkeş insanına” – Kaxa Kaladze qeyd edib.