Kaxa Kaladze siyasi opponentlərinə müraciət etdi - mənim siyasi karyeramın formalaşmasında sizin də töhfəniz var
Bir siyasətçi kimi, mənə ədalətsiz tənqid də çox şey öyrətdi, – bu barədə Kaxa Kaladze Tbilisi merliyinə “Gürcü Arzusu” tərəfindən onun namizədliyinin adlandırılması zamanı bəyan etdi.
Tbilisi merinin dediyinə görə, onun siyasi karyerasıın formalaşmasında onun opponentlərinin də töhfəsi var.
“Mənin siyasi opponentlərimə müraciət etmək istəyirəm – siyasi karyeramın formalaşmasında sizin də töhfəniz var. Yalnız sağlam deyil, bir siyasətçi kimi, mənə ədalətsiz tənqid də çox şey öyrətdi”, – Kaxa Kaladze bəyan etdi.