Kaxa Kaladze – Seçki qərargahımızın məlumatına görə, “Gürcü Arzusunu” və mənim namizədliyimi seçicilərin 70 faizdən çoxu dəstəkləyir
“Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının Tbilisi meri vəzifəsinə namizədi Kaxa Kaladze, yerli seçkilərdə iştirak etdiklərinə görə seçicilərə təşəkkür edib və seçki məntəqələrinin bağlanmasına qədər Tbilisi sakinlərini fəallığa çağırıb.
Kaladzenin partiya ofisində keçirdiyi brifinqdə dediyinə görə, seçki qərargahının məlumatına əsasən, hazırda “Gürcü Arzusu”nu və onun namizədliyini seçicilərin 70 faizdən çoxu dəstəkləyir.
“Əvvəlcə seçicilərə fəallıqları üçün təşəkkür etmək istəyirəm. Yerli özünüidarəetmə seçkilərinə, ümumiyyətlə, aşağı aktivlik xas olsa da, Tbilisidə artıq 300 minə yaxın seçici səsvermədə iştirak edib. Artıq qeyd olunduğu kimi, seçki qərargahımızın məlumatına görə, ‘Gürcü Arzusunu’ və mənim namizədliyimi seçicilərin 70 faizdən çoxu dəstəkləyir. Bizə artıq dəstək göstərmiş hər bir seçiciyə təşəkkür etmək istəyirəm. Hələ seçki məntəqəsinə getməmiş seçicilərə isə bir daha fəallığa çağırmaq istəyirəm. Sizin göstərdiyiniz etimad zəmanətdir ki, Tbilisinin inkişafı davam edəcək və paytaxtımızın hər bir məhəlləsinə daha çox xeyir-bərəkət gələcək,” – deyə Kaxa Kaladze bildirib.